Ançelottidən etiraf: Problemlərimiz var
“Real”ın baş məşqçisi Karlo Ançelotti Dortmund “Borussiya”sı ilə oyun öncəsi açıqlama verib.
Aut.az xəbər verir ki, italyan mütəxəssis komandasında problemlərin olduğunu etiraf edib:
“Bizim topa sahib olmaqda böyük problemimiz var. Dar sahədə oynaya biləcək oyunçular yoxdur. Meydanda çox yer olanda oyunçular bundan istifadə edirlər. Komanda bu baxımdan pisləşib. Amma biz bunun üzərində işləyirik.
Futbolçuların fiziki hazırlığında da problem var. Biz yüz faiz hazır deyilik. Hücumda yaxşı təzyiq yaradırıq, amma meydanın mərkəzində yığcamlıq yoxdur. Bəzən komandamız gücünü itirir”
Qeyd edək ki, bu gün saat 22:00-da Çempionlar Liqasının 3-cü turu çərçivəsində “Real” Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.
Aut.az
