Yusuf Dikeçin jestini təkrarlayan futbolçu görün nədə ittiham olundu – FOTO
“Hamburq”un müdafiəçisi Noa Katterbax ikinci Bundesliqanın 9-cu turunun “Maqdeburq”la matçının (3:1) yayımı zamanı uğursuz anla üzləşib.
Aut.az xəbər verir ki, o, anlaşılmazlıq səbəbindən nasist salamı verməkdə şübhəli bilinib.
Qoldan sonra Katterbax azarkeşləri ilə qol sevinci yaşamaq üçün tribunaya qaçaraq sağ əlini irəli uzadıb. Televiziya yayımı zamanı futbolçunun Hitler salamına bənzər jest nümayiş etdirdiyi barədə fikir yaranıb, Bu anın görüntüləri mətbuatda və sosial şəkiləridə yayılıb. Geniş müzakirələ səbəb olub.
Lakin daha sonra fərqli rakursdan video və fotolar yayımlanıb. Bundan sonra məlum olub ki, Katterbax əli ilə silah göstərirmiş. Müdafiəçi izah edib ki, o, sadəcə olaraq Parisdəki Olimpiadadakı çıxışından sonra sosial şəbəkələrdə məşhurlaşan türk atıcı Yusuf Dikeçin jestini təkrarlayıb.
Aut.az


