Ağlasığmaz geridönüş: 0:7 hesabı ilə uduzan komanda qalib gəldi – VİDEO
Oktyabrın 15-də “Oldenburg/Gel 2” futbolda mümkün olmayanı edib.
Aut.az xəbər verir ki, Regional Flens Kubokunun 1/8 finalında komanda oyunun əsas vaxtı 7:7 hesabı ilə bitdikdən sonra penaltilər seriyasında “Vasbek”i mübarizədən kənarlaşdırıb.
Təəccüblü odur ki, “Oldenburg/Gel 2” görüşün 51-ci dəqiqəsində 0:7 hesabı ilə məğlub durumda idi. İkinci hissənin ortalarına doğru meydan sahibləri iki qol vurmağı bacarıb.
Matçın 70-ci dəqiqəsindən sonra 10 dəqiqə ərzində 3 dəfə fərqlənə biliblər. Sonuncu və xilasedici iki qol 90+2 və 90+7-ci dəqiqələrdə vurulub.
Aut.az
