Dünya futboluİtaliya

Modriç “Qızıl top”unu bu muzeyə bağışladı – VİDEO

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç 2018-ci il qazandığı “Qızıl top”u klubun “Mondo Milan” muzeyinə bağışlayıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əfsanəvi xorvatiyalı yarımmüdafiəçi bu kuboku 2018-ci ildə “Real Madrid”də oynayarkən qazanmışdı. Həmin mövsüm o, Çempionlar Liqasının qalibi olmuş, və həmçinin milli komanda ilə 2018-ci il Dünya Kubokunun finalına çıxmışdı.

Modriç Lionel Messi və Kriştiano Ronaldonun 2007-ci ildən bəri davam edən qələbə seriyasına son qoymuşdu. O, həmçinin 2018-ci ildə UEFA və FIFA tərəfindən ilin oyunçusu seçilib.

40 yaşlı yarımmüdafiəçi bu mövsüm “rossoneri”nin heyətində bütün turnirlərdə 32 oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə edib.

Aut.az

Посмотреть эту публикацию в Instagram

 

Публикация от AC Milan (@acmilan)