Modriçdən unikal nailiyyət: Bunu ondan başqa bacaran futbolçu yoxdur
Millətlər Liqasının dördüncü turunun matçında Xorvatiya Polşa ilə heç-heçə edib – 3:3.
Aut.az xəbər verir ki, xorvatların lideri və kapitanı Luka Modriç 90 dəqiqə meydanda olub. “Real”n yarımmüdafiəçisi bununla ölkə futbolunun tarixinə düşüb.
Modriç “damalılar”ın forması ilə 182 oyun keçirib. Təcrübəli futbolçu bununla ölkənin müstəqilliyini bərpa etdikdən sonra (1991) ümumilikdə 363 oyun keçirən millinin oyunlarının 50%-dən çoxunda iştirak edib. Tarixdə belə göstəriciyə imza atan futbolçu olmayıb.
Modriçin noyabrda nəticəsini daha da yaxşılaşdrımaq şansı olacaq. Zlatko Daliçin yetirmələri Millətlər Liqasında Portuqaliya və Şotlandiya ilə qarşılaşacaq.
Aut.az
