İngilislərin başının altına yastıq qoydu: Dünya kubokunu qazandıracaq
İngiltərə millisinin yeni baş məşqçisi Tomas Tuxel yığmanın azarkeşləri üçün videomüraciət edib.
Aut.az xəbər verir ki, Tuxel ingilislərə vəd verib ki, yığma DÇ-ni qazanacaq
“Hamınıza salam! Bir az həyəcanlıyam, ilk dəfədir ki, İngiltərə millisinin baş məşqçisi kimi çıxış edirəm. Mən indi “Uembli”dəyəm, bu da həyəcanlı olmaq üçün səbəbdir. Söz verirəm ki, əlimdən gələni edəcəyəm ki, biz ilk növbədə dünya çempionatına vəsiqə qazanaq, sonra isə mundialın qalibi olaq, – Tuxel deyib.
İngiltərə yığması dünya kubokunu yalnız bir dəfə – 1966-cı ildə qazanıb. 51 yaşlı çalışdırıcının İngiltərə Futbol Assosiasiyası (FA) ilə müqaviləsi 2025-ci ilin yanvarında qüvvəyə minəcək və 2026-cı ilin iyuluna qədər davam edəcək.
Aut.az
