Kefləri kökdür, gəlirləri artacaq
“Mançester Yunayted” maliyyə vəziyyətini yaxşılaşdırıb.
Aut.az xəbər verir ki, ingilis klubu güclü kommersiya və matç gəlirlərinə stavka edərək il üçün gəlir və mənfəət proqnozlarını yüksəldib.
“Yunayted” 630-640 milyon funt-sterlinq arası gəlir gözləyir. Əvvəllər bu rəqəm 590-610 milyon arası idi.
Mankunianlar proqnozlaşdırılan mənfəətin məbləğinə də düzəliş ediblər – əvvəllər bunun 125-140 milyon funt-sterlinq olacağı gözlənilirdisə, indi 140-150 milyondur.
Aut.az
