Dünya futbolu

Bu ölkənin yığması 12 saat girov saxlanıldı: Məşhur futbolçuların halı – FOTO

Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Liviyaya gələn Nigeriya yığması çox pis sürprizlə üzləşib.

Aut.az xəbər verir ki, nigeriyalılar oktyabrın 13-də Liviyaya gəliblər, və hava limanında 12 saatdan çox saxlanılıblar.

Viktor Bonifes, Aleks İvobi, Tayvo Avoniyi, Uilfred Ndidi və Ademola Lukman kimi ulduzlar hava limanında yataraq “azad olmalarını” gözləyiblər.

Onların hava limanından çəkilmiş fotoları tez bir zamanda sosial mediada peyda olub və nigeriyalıların 12 saat ərzində yemək, içki və telefon xidmətinə çıxışlarının olmaması hamını şoka salıb.

“Bu futbol deyil. Çox xoşagəlməzdir. Komanda 12 saat girov saxlanılıb. Ayıbdır”, – Ndidi qısaca şərh verib.

Bu ölkənin yığması 12 saat girov saxlanıldı: Məşhur futbolçuların halı – FOTO Bu ölkənin yığması 12 saat girov saxlanıldı: Məşhur futbolçuların halı – FOTO

Aut.az