UEFA prezidenti də onları qınadı: Milyonçular danışır, kasıblar oynayır
UEFA rəhbəri Aleksandar Çeferin futbolçuların ağır təqvimdən şikayətlənməsi haqda danışıb.
“Etiraf etməliyik ki, matç təqvimi limitinə çatıb. Eyni zamanda, onun təsiri klublar və oyunçular arasında çox dəyişir. Bəziləri həddən artıq yüklənir, digərləri isə ehtiyat gücə malikdir.
İki ay əvvəl dediklərimin üstündə dururam: əlavə matçlara yer yoxdur. Amma əlavə etməliyəm ki, kim şikayət edir? Ən yüksək maaş alanlar və 25 yüksək səviyyəli oyunçusu olan komandalar. Maaşları az olanlar, 11-ə yaxın oyunçusu olanlar şikayət etmirlər. Onlar oynamağı sevirlər”, – deyə BBC Ceferindən sitat gətirib.
Çoxlu sayda turnirlərdə iştirak edən yüksək səviyyəli oyunçular arasında zədələrin artması fonunda bu mövzu futbol ictimaiyyətində fəal şəkildə müzakirə olunur.
Aut.az
