Azərbaycan futbolu

Mesut Özil Bakıda futbol akademiyası açır

Almaniya milli komandasının sabiq üzvü Mesut Özil Azərbaycanda futbol akademiyası açır.

Aut.az xəbər verir ki, burada 6-10 yaş arası uşaqlar futbolla məşğul olacaq. Ulduz futbolçunun Bakıya səfərinin məqsədi akademiya ilə bağlıdır.

Türkiyə və Azərbaycandan sonra Özilin futbol akademiyası dünyanın bir çox ölkələrində fəaliyyət göstərəcək.