Dünya futbolu

Ronaldo bu villasını satır: Qiyməti endirdi

Dünyaca məşhur futbolçu Kriştianu Ronaldonun keçmiş evi satışa çıxarılıb.

Aut.az xəbər verir ki, evi alacaq şəxs 5 milyon ingilis funt sterlinqi ödəməli olacaq.

Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. Ev İngiltərənin şimal-qərbində, Çeşir qraflığında, mənzərəli yerdə yerləşir.

Ronaldo ilkin olaraq ev üçün 5,5 milyon funt-sterlinq tələb edirdi, lakin o qiymətə alıcı tapmaq mümkün olmadı və qiyməti yarım milyon aşağı salmalı oldu.

Evlə birlikdə 9.3 sot torpaq sahəsi də var. Evdə beş yataq otağı və daha iki bitişik bina var. Evdə həmçinin ev kinoteatrı, şərab zirzəmisi, hovuzu olan istirahət zonası, idman zalı, cakuzi, dörd maşınlıq qaraj və digər iaşə obyektləri mövcuddur.

Aut.az