Dünya futbolu

Dünyanın ən bahalı komandalarının siyahısı açıqlandı

Beynəlxalq Futbol üzrə İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) dünyanın ən bahalı komandaları olan 100 ən yaxşı klubunun reytinqini tərtib edib.

Aut.az xəbər verir ki, siyahıya 1,73 milyard avro dəyərində heyəti ilə “Real” başçılıq edir.

İkinci yerdə “Mançester Siti” (1,47 milyard), üçüncü sərada isə “Çelsi” (1,39 milyard) qərarlaşıb.

“İlk onluq”da “Arsenal”, “Barselona”, “Liverpul”, PSJ, “Mançester Yunayted”, “Tottenhem” və “Bayer Leverkuzen” kimi klublar da qərarlaşıb.

Dünyanın ən bahalı komandalarının siyahısı açıqlandı