“Dinamo”nun sabiq qapıçısı sərhədi keçərkən saxlanıldı – FOTO
“Dinamo”, “Şaxtyor”, “Çernomorets”, “Metalist” və bir sıra klubların sabiq qapıçısı Artur Rudko sərhədi qanunsuz keçməyə cəhd edərkən saxlanılıb.
Aut.az xəbər verir ki, bu barədə “Sport Arena” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, ölkənin gənclərdən ibarət yığmasının sabiq qapıçısı Ukrayna ərazisini tərk etmək istəyərkən saxlanılıb.
Qeyri-rəsmi məlumata görə, sabiq futbolçu hazırda Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzlərindən birində ilkin hərbi hazırlıq keçir.
33 yaşlı Rudkonun son klubu ötən mövsümün sonunda ayrıldığı “Çernomorets” olub.
Aut.az

