“Real”ın ulduzundan Suaresin ittihamlarına reaksiya: Dediyi hər şey doğrudur
“Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde millinin baş məşqçisi Marselo Bielsanı tənqid edən Luis Suaresi dəstəkləyib.
Qeyd edək ki, daha əvvəl millidə karyerasını bitirən Suares Bielsanın futbolçularla salamlaşmadığını, azarkeşlərə avtoqraf verməyi qadağan etdiyini və bunun komandada fikir ayrılığına səbəb olduğunu bildirmişdi.
“Luisin dediyi hər şey doğrudur. Yalan danışmayıb, şişirtməyib, hər şeyi öz adı ilə çağırıb. Mənə gəlincə, bunları paltardəyişmə otağında müzakirə edirəm. Biz daha da böyümək üçün komanda daxilində ünsiyyət qurmalıyıq”, – “Relevo” Valverdenin sözlərindən sitat gətirib.
Aut.az
