Dünyanın ən dəyərli “11-liy”i: Siyahıda görün kim yoxdur
“Transfermarkt” hazırkı qiymətləndirmələr üzrə dünyanın ən dəyərli “11-liy”ini təqdim edib.
Aut.az xəbər verir ki, 45 milyon avro bazar dəyəri ilə Canluici Donnarumma dünyanın ən bahalı qapıçısıdır. Onun önündə müdafiədə Əşrəf Hakimi (80 milyon avro), Uilyam Saliba (90 milyon avro), Pau Kubarsi (80 milyon avro) və Nuno Mendeş (75 milyon avro) yer alıb.
Mərkəz xəttini Vitinya (110 milyon avro), Pedri (140 milyon avro) və Cud Bellinqem (160 milyon avro) təşkil edib.
Hücum triosu isə Vinisius Junior (150 milyon avro), Lamin Yamal (200 milyon) və Klilian Mbappedən (200 milyon) ibarətdir.
Uzun illər transfer bazarının əsas istinad nöqtəsi sayılan Erlinq Haaland isə bu “11-lik”də yer almayıb. Transfermarkt modelinə görə, yaş və mövqe üzrə rəqabət səbəbindən o, bazar dəyəri 200 milyon avro olan Kilian Mbappe ilə eyni qiymətləndirilsə də, heyətdən kənarda qalıb.
Simvolik komanda La Liqanın transfer bazarında yenidən gücləndiyini də ortaya qoyur. “Barselona” və “Real” müdafiə, yarımmüdafiə və hücum xəttində ciddi şəkildə təmsil olunub.
Aut.az
