Dünya futboluİspaniya

MLS klubu ilə danışıqlar aparır: “İnter Mayami” deyil

“Atletiko Madrid”in 33 yaşlı yarımmüdafiəçisi Antuan Qrizmann yaxın vaxtlarda Amerika Birləşmiş Ştatlarının klubu ilə danışıqlar aparacaq.

Aut.az xəbər verir ki, İspaniya mətbuatının yazdığına görə, futbolçu daha iki fransızın – “Los Anceles Qalaksi”də çıxış edən Olivye Jiru və Hüqo Llorislə komanda yoldaşı ola bilər.

Olivier Jiru mümkün transferi şərh edib:

“Biz bilirik ki, artıq əlaqələr olub. Üçümüzün bir yerdə olması əla olardı…”, – deyə “Football Espana” Jirudan sitat gətirib.

Aut.az