Ərəbləri şoka saldı, anlaşmanı pozdu
İngiltərə futbolunun əfsanələrindən biri olan Stiven Cerrard gözlənilməz qərar verib.
Aut.az xəbər verir ki, o, “Əl-İttifaq”la anlaşmanı pozub. Tərəflər arasında anlaşma baş tutmayıb. Bunu 43 yaşlı mütəxəssis “BBC”yə açıqlamasında deyib:
“Səudiyyə Ərəbistanından təklif gəldi. Müzakirə etdik və razılaşdım. Ancaq son günlərdə bu qərar üzərində düşündüm və fikrimi dəyişərək təklifi qəbul etmədim”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı təmsilçisi Cerrardla anlaşdığı barədə rəsmi məlumat yaymışdı.

