Digər

Barselonada faciə: Yarış zamanı öldü

“Ironman Calella-Barselona” triatlon yarışi zamanı faciə baş verib.

Aut.az xəbər ki, rusiyalı idmançı boğularaq ölüb. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hadisə bazar günü, baş verib. Üzgüçülük yarışı başlayandan az sonra suda 41 yaşlı rusiyalı qadının boğulduğu müəyyən edilib. Yerli həkim briqadası idmançıya ilkin tibbi müdaxilə etməyə çalışıb. Onların səyinə baxmayaraq, qadın təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faciədən bir neçə saat sonra rusiyalı qadının ölümünün səbəbləri ilə bağlı araşdırmaya başlanılıb. Boğulma səbəbi ilkin bədbəxt hadisə hesab edilir.

“Biz idmançının ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Bu çətin vaxtda onlara dəstək olmağa davam edəcəyik. Biz dəniz xilasedicilərinə, tibb işçilərinə və triatlonçuya tibbi yardım göstərmək üçün cəld çalışan könüllülərə təşəkkür edirik”, – deyə turnirin təşkilatçılarının yaydığı bəyanatda deyilir.

Yarış üç mərhələdə baş tutub: Aralıq dənizində 3800 m üzgüçülük, 180,25 km şosse velosipedi və 42,195 km marafon yarışı.

Aut.az