Suaresin davamçısına ağır cəza verildi
İngiltərə Futbol Assosiasiyası “Preston” klubunun hücumçusu Milutin Osmaiçi “Blekbern”in oyunçusunu dişlədiyinə görə cəzalandırıb.
Aut.az xəbər verir ki, futbolçu 8 oyunluq cəzaya məruz qalıb.
Həmin vaxt dişləmə faktını hakimə sübut etməyə cəhd edən “Blekbern”in futbolçusu birbaşa qırmızı vərəqə alıb.
Osmaic bu mövsüm 5 qol vurub və komandanın liderlərindən biridir.
Ən məşhur dişləmə hadisəsi 2013-cü ildə 10 oyunluq cəza alan “Liverpul”un hücumçusu Luis Suaresin başına gələn hadisədir.
Aut.az
