Dünya futbolu

Futbol tarixini ən məşhur 11 futbolçusu: Siyahıda görün kimlər var

Beş dəfə “Qızıl top”un sahibi, portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Givemesport”un tarixin ən məşhur 11 futbolçusu siyahısında birinci yeri tutub.

Aut.az xəbər verir ki, reytinq müəllifləri təkcə futbolçuların nailiyyətlərini deyil, həm də karyeraları zamanı və sonrasında göstərdikləri təsirləri nəzərə alıblar.

Ən məşhur futbolçular siyahısında ikinci yerdə yeddi dəfə “Qızıl top”un sahibi argentinalı hücumçu Lionel Messidir. İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Devid Bekhem isə “ilk üçlüy”ü tamamlayıb.

Tam reytinq aşağıdakı kimidir:
1. Kriştiano Ronaldo (Əl-Nəsr)
2. Lionel Messi (İnter Mayami)
3. Devid Bekhem (Karyerasını bitirib)
4. Dieqo Maradona (Vəfat edib)
5. Pele (Vəfat edib)
6. Ronaldo Nazario (Karyerasını bitirib)
7. Ronaldinyo (Karyerasını bitirib)
8. Corc Best (Vəfat edib)
9. Zinəddin Zidan (Karyerasını bitirib)
10. Yohan Kroyff (Vəfat edib)
11. Zlatan İbrahimoviç (Karyerasını bitirib)

Aut.az