Əfsanənin debüt oyununa bilet və imzaladığı kart hərraca çıxarılır – FOTO
Əfsanəvi basketbolçu Maykl Cordanın Milli Basketbol Assosiasiyasında (NBA) debüt oyununa baxmaq üçün bilet və onun avtoqrafı olan ticarət kartı hərraca çıxarılıb.
Aut.az xəbər verir ki, bu barədə WGN-TV portalı məlumat yayıb.
Əşyalar oktyabrın sonuna qədər hərraca çıxarılacaq. Qalib iddiaçı həmçinin Cordanın kartı imzaladığı avtoqraf sessiyasının eksklüziv məzmununu ehtiva edən fləş disk alacaq.
Nəzərinizə çatdıraq ki, MBA-dakı debüt matçında Cordan “Cikaqo Bulls”un heyətində “Vaşinqton”la (indiki “Vaşinqton Uizards”) ilə oynayıb.
Matçın gedişində Maykl 16 xal toplayıb, altı ribaund edib, yeddi məhsuldar ötürmə verib. Görüş 109:93 hesabı ilə “Çikaqo”nun xeyrinə başa çatıb.


