İngiltərə

“Yunayted” qərar verdi: Ten Haqı o əvəzləyəcək

“Mançester Yunayted”in hazırkı baş məşqçisi Erik ten Haq tutduğu vəzifədən qovulmaq ərəfəsindədir.

Buna səbəb komandanın həm Premyer Liqada, həm də Avropa Liqasındakı son nəticələridir.

Aut.az xəbər verir ki, İngiltərə mətbuatının iddiasına görə, “Mançester Yunayted” artıq ten Haqın yerinə prioritet namizəd müəyyənləşdirib – bu, hazırda işsiz olan alman Tomas Tuxeldir.

“Bavariya”nın sabiq baş məşqçisi Premyer Liqaya qayıtmaq istəyir və ingilis futbolunun onun məşqçilik fəlsəfəsinə mükəmməl uyğun gəldiyinə inanır. Bununla belə, “Mançester Yunayted” rəhbərliyi və Tuxel arasında inkişafla bağlı müəyyən fikir ayrılıqlarının olduğu iddia edilir.

Aut.az