İtaliya

Morata merin davranışından küsdü: Bu şəhərdə ev almaqdan imtina etdi

“Milan”ın hücumçusu Alvaro Morata Korbetta şəhər merinin  hərəkətindən narazı qalıb.

Aut.az xəbər verir ki, ispan Milandan təxminən 25 kilometr aralıda yerləşən bu kiçik şəhərdə məskunlaşmağı planlaşdırırdı. Morata yaxın günlərdə yeni evə köçmək istəyib, lakin bələdiyyə sədrinin sözlərinə görə planlarını dəyişib.

Mer Marko Ballarini sosial mediada “Çempion Alvaro Morata şəhərimizin yeni sakinidir” yazıb.

“Hörmətli cənab mer, məxfiliyimi pozduğunuz üçün sizə təşəkkür edirəm. Xoşbəxtlikdən yanımda heç bir qiymətli əşyam yoxdur. Mənim yeganə xəzinəm övladlarımdır. İndi mən yaşayış yerimi dəyişməli olacam, çünki bələdiyyə sosial şəbəkələrdən necə istifadə edəcəyini və vətəndaşları necə müdafiə edəcəyini bilmir”, – Morata sosial şəbəkələrdə yazıb.

Aut.az