2023-cü ildə “Red Bull”un gəliri görün nə qədər olub
“Red Bull” Formula 1 komandasının 2023-cü maliyyə ili üçün gəliri 2022-ci illə müqayisədə 30 milyon funt sterlinq artaraq 307 milyon funt sterlinq və ya 402,9 milyon dollar olub.
Aut.az xəbər verir ki, bununla belə, “Red Bull”un ümumi mənfəəti (yəni şirkətin bütün xərcləri çıxıldıqdan sonra qalan gəlirin ümumi məbləği) 2 milyon funt-sterlinqdən 1,2 milyon funt-sterlinqə düşüb və hesabatda qeyd olunur: “Xərclər bazasında artım ilk növbədə, komandanın 2023-cü ildəki qrafikdəki performansını əks etdirən uğura əsaslanır.”
2023-cü ildə “Red Bull” Formula 1 tarixində ən uğurlu mövsümlərindən birini yaşadı. Maks Ferstappen 22 Qran Pridən 19-da qalib gələrək bir mövsümdə xal və qalibiyyət rekordunu müəyyənləşdirdi.
Aut.az
