Dünya futbolu

Bu ölkəni məğlub etmək olmaz: Məşhur qapıçı İranın İsrailə hücumu haqda

Moskva “Dinamo”sunun və SSRİ yığmasının keçmiş qapıçısı, 30 ildən artıqdır İsraildə yaşayan Aleksandr Uvarov İranın bu ölkəyə kütləvi raket hücumu haqda danışıb.

Aut.az xəbər verir ki, Uvarov bu barədə “Sport24”ün müxbiri Boris Korolevlə söhbətində bildirib.

“İran hücumu zamanı heç nə hiss etmədim. Biz artıq buna öyrəşmişik. Ən əsası odur ki, heç kimə zərər dəyməyib. Mən o vaxt evdə idim. Mənim orada bomba sığınacağım var, sirenalar səslənən kimi dərhal ora getdim.

İnanın, heç də qorxulu deyildi – biz artıq buna öyrəşmişik. Burada hər şey danışılır və insanlar buna öyrəşiblər. Allaha şükürlər olsun ki, bir nəfər də olsun ölüm yoxdur. Dağıntılar haqda, bildiyimə görə, dəniz kənarındakı kafeyə raket düşüb, amma ümumilikdə ölkədə ciddi dağıntı yoxdur.

Münaqişə mütləq bir gün bitəcək. Yeganə odur ki, hər şeyin ortaq məxrəcə gəlməsini istəyirəm ki, onlar oturub sirenlərin səslənməsini gözləməsinlər və uşaqlar dinc gəzə bilsinlər.

Əhval-ruhiyyə haqqında danışsaq, insanlardan soruşmaq çətindir. Bu gün biz yəhudilərin Yeni ilini qeyd edirik. Təbii ki, hər şey terror və hücumun kölgəsində qalır. Amma hələ də itki və ya başqa bir şey yoxdur. Hər şey yaxşı olacaq – ölkə sağalacaq. Bu ölkəni məğlub etmək olmaz – bu, sadəcə olaraq mümkün deyil”, – Uvarov bildirib.

Aut.az