Qaydasız döyüş

UFC çempionunu Gürcüstanda belə qarşıladılar – VİDEO

Ağır çəkidə UFC çempionu Merab Dvalişvili vətəninə, Gürcüstana gəlib və burada onu izdiham qarşılayıb.

Aut.az xatırladır ki, Dvalişvili sentyabrın 14-də Las-Veqasda məşhur “Sphere” arenasında kəmərin keçmiş sahibi, amerikalı Şon O’Malli üzərində yekdil qərarla qalib gələrək çempionluq titulunu qazanıb.

Merab hazırda 22 döyüş keçirib (18 qələbə və 4 məğlubiyyət). O, altı ildən artıqdır ki, məğlub olmur və ardıcıl on bir qələbə seriyası əldə edib.

Onu da qeyd etmək lazımdır ki, Dvalişvili Gürcüstandan olan ilk UFC çempionudur.

Aut.az