İtaliya

Artıq bu komandaya aşiq olub

“Napoli”nin baş məşqçisi Antonio Konte  komandasındakı ab-havadan danışıb.

“Arxada cəmisi altı matç qalıb, təqvim hələ çox çətin deyil. Mənə böyük həzz verən, böyük fədakarlıqla çalışan uşaqlara görə şadam. Onların hazırlığını görmək çox vacibdir.

Mən artıq bu komandaya aşiq olmuşam. Bunu arxayınçılıqdan demirəm. Yaxşı atmosfer yaradılıb. Biz bu yolla davam etməliyik. “Biz” üzərində düşünməyə davam edin”, – “Sky Sport Italia” Kontenin sözlərindən sitat gətirib.

Hazırda İtaliya çempionatının turnir cədvəlinə “Napoli” başçılıq edir. Altı turdan sonra Kontenin komandası 13 xal toplayıb.

Aut.az