WADA razılaşmır: Qalmaqallı qərarla bağlı məhkəməyə üz tutdu
Ümumdünya Antidopinq Agentliyi İtaliyalı tennisçi Yannik Sinnerin antidopinq qaydalarını pozması ilə bağlı İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verdiyini açıqlayıb.
“WADA hesab edir ki, “təqsir və ya ehtiyatsızlıq” qənaəti qüvvədə olan qaydalara əsasən düzgün deyil. WADA idmançının bir ildən iki ilə qədər cəzalandırılmasını istəyir. WADA məhkəmə tribunalının artıq qəbul etdiyi qərarlardan başqa heç bir nəticənin ləğvini tələb etmir”, – Ümumdünya Antidopinq Agentliyinin açıqlamasında deyilir.
Bildiyiniz kimi, bu ilin mart ayında Sinner iki müsbət dopinq testindən keçib, lakin nəticədə Beynəlxalq Tennis Dürüstlük Agentliyinin (ITIA) müstəqil tribunalı tərəfindən təqsirli bilinməyib.
Aut.az
