İngiltərə

Ona bu tövsiyəni verdiyi üçün peşmandır? – Hamımız səhv edirik

“Çelsi”nin baş məşqçisi Entso Mareskadan keçən yay daha çox oyun vaxtı əldə etmək üçün sol cinah müdafiəçisi Benjamin Çilluelə London klubunu tərk etməsini açıq şəkildə tövsiyə etdiyinə görə peşman olub-olmadığını soruşublar.

“Hamımız səhv edirik. Bəlkə peşmanam, bəlkə də yox. Mən qərarlar vermək üçün buradayam. Bəzən yaxşı, bəzən isə alınır. Bircə onu deyə bilərəm ki, pis niyyətim yoxdur. Mən sadəcə klub üçün nəyin yaxşı olacağını düşünməyə çalışıram”, – deyə “Goal” Mareskanın sözlərindən sitat gətirib.

Çilluel bu mövsüm bir matçda iştirak edib. Futbolçu Barrou ilə Liqa Kuboku oyununda (5:0) 45 dəqiqə meydanda olub.

Aut.az