Dünya futbolu

Qalmaqal: Ramik Hacıyev ölkədən qaçdı

Ukraynanın 19 yaşadək futbolçulardan ibarət yığmasının iki oyunçusu Avro-2024-dən sonra ölkəyə qayıtmayıb.

Aut.az xəbər verir ki, bu barədə ukraynalı idman jurnalisti və şərhçisi İqor Tsıqanik  məlumat verib. Həmin futbolçular Ramik Hacıyev və Vladislav Krapivtsovdur.

Şimali İrlandiyada 19 yaşadək futbolçular arasında Avropa çempionatının oyunları keçirilib. Turnirə iyulun 28-də yekun vurulub. Ukrayna yığması yarımfinala yüksəlib və bu mərhələdə Fransaya 0:1 hesabı ilə məğlub olub.

“Ramik Hacıyev 19 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin futbolçusu kimi getdi və geri qayıtmadı. Müəyyən oyunçulara müəyyən icazə verilir. Hacıyev Ukrayna qanunlarını pozub. Sadəcə, Şimali İrlandiyada keçirilən turnirdən komanda ilə qayıtmayıb. Kiyev “Dinamo”su onu istəyirdi, amma niyə oraya getmədiyini bilmirəm.

Hacıyevin xaricdə qalması ideyasının kimdən gəldiyi bəlli deyil. Güman edirəm ki, bizdə “ağ bilet” olan və xaricə səyahət edən bir şəxs var ki, nə etmək lazım olduğunu izah edir və müəyyən oyunçuları müəyyən klublara yönəldir. Düşünürəm ki, nə vaxtsa bu personajın vətənpərvər keçmişindən və ya gələcəyindən danışacağıq”, – jurnalist bildirib.

Aut.az