Azərbaycan futbolu

“Qəbələ”nin “Mingəçevir” üzərində qələbəsi – VİDEO

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 3-cü tura yekun vurulub.

Aut.az xəbər verir ki, bu gün “Qəbələ” doğma meydanda “Mingəçevir”i qəbul edib. Qarşılaşma “qırmızı-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 7-yə yüksəldən “Qəbələ” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 3 xalı olan “Mingəçevir” isə 7-ci yerdədir.

“Qəbələ” – “Mingəçevir” 2:0
Qollar:
 Ş.Şahniyarov, 27, D.Massumo, 29