Boks

Ölüm hökmü verilən boksçu 46 il sonra bəraət aldı

Yapon boksçu İvao Hakamada çoxsaylı qətllərə görə 46 il edam cəzasını gözlədikdən sonra bəraət alıb.

PublikaAut1968-ci ildə Hakamada işlədiyi fabrikin rəhbərini, arvadını və iki uşağını qətlə yetirməkdə və evlərini yandırmaqda təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.

2014-cü ildə keçmiş peşəkar boksçunun işində aşkar edilən yeni dəlillər işin yenidən araşdırılmasına səbəb olub və ona bəraət verilib. 2011-ci ildə o, ölüm hökmünün icrasını ən çox gözləyən şəxs kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Aut.az