“Barsa”nın maraqlandığı qapıçı hava limanında siqaret çəkərkən görüntüləndi – FOTO
Sentyabrın 25-də 34 yaşlı polşalı qapıçı Voytsex Şensnının “Barselona” ilə müqavilə imzalayacağına dair məlumatlar ortaya çıxdı .
Aut.az xəbər verir ki, jurnalistlər Barselona hava limanında əlində siqaret olan polyakın şəklini çəkə biliblər. Yaxın günlərdə tibbi müayinənin keçirilməsi planlaşdırılır.
“Barselona” zədə səbəbindən mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qalan Ter Ştegenin yerinə Voytsexi transfer edəcək. Onun kataloniyalılarla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Maraqlıdır ki, onun “Yuventus”la müqaviləsi 2024/25 mövsümünün sonuna qədər davam etsə də, karyerasını bitirdiyini açıqlamışdı.

Aut.az
