Sabiq arvadı etiraf etdi: Onu lənətləmişəm
Rusiyalı boksçu Dmitri Bivolun keçmiş arvadı Yekaterina Bivol etiraf edib ki, Artur Beterbiyevə qarşı keçiriləcək titul döyüşündə keçmiş ərinə azarkeşlik etməyəcək.
Aut.az xəbər verir ki, Bivol ötən ilin yayında həyat yoldaşından boşanıb, lakin Yekaterina sosial şəbəkələrdə boksçuya qarşı informasiya kampaniyası aparmağa davam edir.
“Bəli, mən Artura azarkeşlik edəcəm. Bilirəm ki, Bivol qalib gələ bilər. Övladlarımın atasına dəstək olurdum. Amma o, tamamilə uşaqlara arxa çevirəndə mən onu lənətlədim.
Və Allah məni bağışlayacaq. Yalan danışmayacağam, indi mən həmişə ona qarşı olacam, – Yekaterina sosial şəbəkələrdə yazıb.
Dmitri Bivol və Artur Beterbiyev oktyabrın 12-də Səudiyyə Ərəbistanında yüngül çəkidə mütləq dünya çempionu adı uğrunda döyüşəcəklər.
Aut.az
