“Real”ın sabiq qapıçısı “Barselona”ya xəbər göndərdi: Hazıram
“Real”ın sabiq qapıçısı Keylor Navas “Barselona”nın təklifini nəzərdən keçirməyə hazırdır.
Aut.az xəbər verir ki, “Barsa” sağ dizinin bud nahiyəsində tam yırtıq zədəsi alan qapıçı Mark-Andre ter Ştegeni itirib. O, 7-8 ay yaşıl meydanlardan kənarda qalacaq.
“Mundo Deportivo” xəbər verir ki, 37 yaşlı Navas oynamaq istədiyi üçün Kataloniya klubuna potensial keçidə açıqdır. Qeyd olunur ki, maaş məsələsi Navas üçün problem deyil.
Ötən mövsümün sonunda PSJ-dən ayrıldıqdan sonra “Real Madrid”in keçmiş qapıçısı azad agent statusundadır.
Aut.az
