Formula 1

Mənası yoxdur – Karyerasını bitirir

RB komandasının sürücüsü Daniel Rikkardo Sinqapurdakı mərhələdən sonra “Red Bull”un onu Liam Lavsonla əvəzləyəcəyi barədə məlumatı təsdiqləyib .

Aut.az xəbər verir ki, bu, avstraliyalının Formula 1 karyerasının sonu deməkdir.

“Buna hazır olmaq lazımdır. Həmişə demişəm ki, mən təkcə Formula 1-də olmaq istəmirəm, həm də döyüşmək, “Red Bull” komandasında olmaq istəyirəm. Mən buna nail olmadım, ona görə də özümə sual verirəm: nə mənası var?

Formula 1-də bitən nağıl alınmadı, amma bununla razılaşdım. Təxminən 13 ildir ki, buradayam”, – Rikkardo deyib.

Pilot “Red Bull”, “Renault”, “Maclaren” və RB komandalarında yarışıb. O, 258 qran-pri yarışında iştirak edib, 8 yarışda qalib gəlib.

Aut.az