İdman direktoru açıqladı: Ondan sonra baş məşqçimiz Klopp ola bilər
Almaniya millisinin idman direktoru Rudi Feller millinin baş məşqçisi Yulian Naqelsmannı kimin əvəz edə biləcəyi sualını cavablandırıb.
Aiut.az xəbər verir ki, o, namizəd kimi Yurgen Kloppun adını çəkib:
“Əgər Yulian Naqelsmann nə vaxtsa başqa klubu çalışdırmağın daha məqsədəuyğun olacağına qərar verərsə, təbii ki, biz Yurgen Kloppun namizədliyini nəzərdən qaçırmayacağıq. Klopp uzun müddət Almaniyadan kənarda işləyib. Təbii ki, biz onu yüksək qiymətləndiririk. Yurgenin inanılmaz karyerası olub”.
Qeyd edək ki, Klopp hazırda klubsuzdur. Alman mütəxəssis yayda “Liverpul”dan ayrılıb.
Aut.az
