Almaniya

“Bayer”in liderinin kumiri bilirsiniz kimdir?

Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi “Bayer”in müdafiəçisi Alexandro Qrimaldo həmişə oxşamaq istədiyi futbolçu haqda danışıb.

Aut.az xəbər verir ki, Qrimaldo bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabritsio Romanoya müsahibəsində deyib.

“Mən həmişə Marselonu bəyənmişəm. Futbolçu kimi böyüyəndə, sol cinah müdafiəçisi kimi oynayanda onu “Real”da yaxından izləyirdim. Mənim üçün o, son illərin ən yaxşı sol cinah müdafiəçisidir. Marselo indiyə qədər gördüyüm ən yaxşı oyunçudur”,  – Qrimaldo deyib.

Qrimaldo “Barselona”nın yetirməsidir. Bu mövsüm müdafiəçi Leverkuzen klubunun heyətində bütün yarışlarda 33 oyun keçirib, 11 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun alman klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 35 milyon avrodur.

Aut.az