Gördüyü ən intellektual basketbolçu o olub – Makqredinin versiyası
2017-ci ildən basketbolun “Şöhrət Zal”ında olan 45 yaşlı Treysi Makqredi indiyə qədər gördüyü ən bacarıqlı və intellektual basketbolçunun adını çəkib.
“Kobi Brayant indiyə qədər gördüyüm ən bacarıqlı oyunçu idi. “Kobe Maykl Cordanda olanı götürdü, lakin bacarıq dəstini təkmilləşdirdi, topa daha yaxşı nəzarət etdi, daha yaxşı üç xallıq atışlar etdi. O, hər şeyə sahib idi: hərəkət, ayaqla işləmək”, – “Total Pro Sports” Makqredidən sitat gətirib.
“ Los Angeles Lakers”in əfsanəvi basketbolçusu Koi Brayant ölümündən sonra 2020-ci ildə “Şöhrət Zalı”na daxil edilib.
Aut.az
