Dünya futbolu

UEFA prezidentini xəyanətdən belə xilas edib: Ceferinə dedim ki..

 İspaniya La Liqasının prezidenti Xavyer Tebas Avropa Super Liqasının başlama şansı ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, Tebas UEFa prezidentini xəyanətdən xəbərdar etdiyini də bildirib.

“Bunun açıqlanacağını bilirdim, bilirdim ki, hazırlaşırlar, bütün sənədlər yanvarda hazır idi.  Bir neçə həftə əvvəl UEFA Konqresində Super Liqanın yaradılmasını elan etmək istədiklərini öyrəndim. Bu barədə Ceferinə danışdım və Aqyellinin ona xəyanət etmək niyyətində olduğu barədə xəbərdar etdim. Mən ona strategiya hazırlamağı tövsiyə etdim və bunu “Şar partlaması əməliyyatı” adlandırdım. Bu o deməkdi ki, Super Liqanın yaradılması elan olunanda biz onu qadağan edəcəyik.

Liqalara, futbol federasiyalarına zəng etdik. Oyunçuların turnirlərdə iştirakına qadağa qoyacağımızı dedik. Mənə bildirdilər ki, bu, qadağandır, amma mənim üçün fərqi yox idi – qabarcıq partlamalı idi. İndi gülməli görünür, amma o vaxt çətin idi. Qərara gəldim ki, uğur qazana bilərəm.

Migel Anxel Hil (“Atletiko”nun baş direktoru) mənə zəng etdi və dedi ki, o, Super Liqaya qatılacaq. Lakin bunu edə bilmədilər, çünki azarkeşlərin rəyi həlledici oldu.

İndi mən bu layihənin gələcəyini düşünmürəm, amma Florentino Peres heç vaxt təslim olmur və heç vaxt itirmir. Uduzsa da, qalib gəldiyi təəssüratını yaradır”.

Aut.az