“Bavariya” onun gedəcəyi ilə razılaşdı: Daha müqavilə təklif edilməyəcək
“Bavariya” müdafiəçi Alfonso Deyvisi müqaviləni uzatmağa razı salmaq cəhdindən əl çəkib.
Aut.az xəbər verir ki, bu barədə “Football Espana” məlumat yayıb.
Son bir neçə ay ərzində Münhen klubu Deyvisin nümayəndələri ilə əlaqə saxlamağa cəhd etsə də, bu, uğurlu alınmayıb. Kanadalı istədiyi maaşı ildə 20 milyon avrodan 17 milyon avroya endirməyə hazır idi, lakin o vaxtdan bəri heç bir real razılaşma əldə olunmayıb.
Deyvisin 2025-ci ilin yayında azad agent kimi “Real”a keçəcəyi gözlənilir.
Aut.az
