Basketbol

Kim Çen In Rodmana hansı arzusunu bildirib? – Biz araq içirdik, o dedi ki…

 Basketbolun “Şöhrət Zalı”nın üzvü və MBA-nın beşqat çempionu Dennis Rodman müntəzəm görüşlər zamanı Şimali Koreya lideri Kim Çen In ilə söhbətlərindən danışıb.

– Kim Çen Inla yeddi dəfə görüşdünüz. Tramp onun Kim Çen Inla görüşünə zəmin yaratmağınız barədə nə dedi?

– Bəli, səhv etmirəmsə, Sinqapurda olub. Tramp Kim Çen Inla görüşəndə ​​mən orada idim. Mən otaqda idim, bütün bunların şahidi idim. Və bilirsiniz ki, Tramp onların eyni mövqedə olduqlarını söylədi. Bu heyrətamiz idi. Hətta mənə ölkənin simvolik açarını da verdilər.

-Şimali Koreyanın açarı həqiqətən sizə verilib?

-O, açarı mənə verəndə inanılmaz idi. İstənilən vaxt ölkəsinə qayıda biləcəyimi söylədi. Bu heyrətamiz idi. Amma təfərrüatlara varmaq istəmirəm, düşünürəm ki, çoxları bu barədə artıq məlumatlıdır. Kim Çen Inla söhbətə qayıdaraq deyim ki, o, bir dəfə mənə dedi: “Bir arzum olsaydı…”

Mən ondan soruşdum: “Hansı?” Və cavab verdi: “Amerikaya getmək və “Madison Square Garden”i ziyarət etmək istərdim”. Sonra soruşdum: “Niyə məhz “Madison Square Garden? Bəs Çikaqo və ya Ağ Ev?”

Biz o vaxt araq içirdik, cavab verdi ki, vu da yaxşı olardı, amma mən buna inanmazdım.

– İnanılmaz.

-Bəli, o, həqiqətən Amerikaya getmək istəyir.

Aut.az