Dünya futbolu

Corcinadan şok açıqlama: Ronaldo karyerasını bu yaşda bitirəcək

“Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges Mançesterdən Səudiyyə Ərəbistanına köçdüklərinə  şad olduğunu bildirib.

Aut.az xəbər verir ki, Corcina Ronaldonun 50 yaşında karyerasını bitirə biləcəyini də vurğulayıb.

“Kriş mənə “Əl-Nəsr”də oynayacağını deyəndə çox rahatladım, çünki həqiqətən Mançesterdən ayrılmaq istəyirdim. Mən bilirdim ki, bizi böyük işlər gözləyir və hamımız çox həvəsli idik. Səudiyyə Ərəbistanında məskunlaşdığım üçün çox xoşbəxt idim. Bu gün də futbolun onu, ilk tanış olduğumuz gün kimi necə motivasiya etdiyini görürəm. O, hər zaman hər şeyini verir. Məndən Kriştianonun təqaüdə çıxma tarixini soruşduqda deyirəm ki, o, 50 yaşında karyerasını bitirə bilər”, – portuqaliyalının həyat yoldaşı “Netflix” platformasında yayımlanan “Mən Corcinayam” adlı serialda deyib.

Bundan əvvəl 39 yaşlı Kriştiano Ronaldo karyerasında ən azı 1000 qol vurmaq istədiyini açıqlamışdı.

Aut.az