Əfsanənin səhhətində problem var? – Pərəstişkarları bu FOTODAN sonra narahatdırlar
Sentyabrın 19-da Fontvieille şəhərində (Monako) Çempionlar Liqasının 1-ci turu çərçivəsində keçirilən “Barselona” – “Monako” matçında bir çox azarkeş əfsanəvi basketbolçu Maykl Cordanı görəndə narahat olub.
Aut.az xəbər verir ki, “Bleacher Report Football” portalı sosial şəbəkədəki səhifəsində 17,6 milyondan çox baxış və yüzlərlə şərh toplayan əfsanəvi basketbolçunun tribunadakı fotosunu dərc edib.
Artıq 3600 dəfədən çox paylaşılan fotoda 6 qat MBA çempionu qara papaq və köynəkdə gülümsəyərkən görünür. Amma onun gözlərində narıncı-sarı piqmentli qan görünür.
Pərəstişkarları dərhal şərhlər bölməsinə axışıb, onun səhhətindən narahat olublar. Bəzi istifadəçilər onun gözlərinin qaraciyər çatışmazlığının əlaməti olduğuna inanırlar.

Aut.az
