Dünya çempionu anası ilə yaşamasının səbəbini açıqladı
IBF, WBA, WBO və IBO versiyaları üzrə keçmiş dünya çempionu Entoni Coşua 34 yaşında anası ilə yaşamağının səbəbinu izah edib.
Aut.az xəbər verir ki, o, bu sözləri deyib:
“Hələ də anamla yaşayıram. Mən məşqə başlayanda başa düşdüm ki, mən tez-tez evdən kənarda qalmamalıyam. İldə 10 ay harasa gedib və sonra qayıdamsa, kommersiya işi ilə məşğul olmalıyam. Başa düşdüm ki, anamdan uzaqlaşsam, onu heç vaxt görməyəcəyəm.
Mən çox vaxt dünyanın müxtəlif yerlərində oluram, amma mənim əsl bazam evdə anamın yanındadır. Buna görə də mən hələ də oyanıb onu görə bilərəm və bacardığım qədər onunla vaxt keçirirəm”.
Aut.az
