Şahmat

Əsrin ən yaxşıları görün kimlər oldu

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Maqnus Karlseni əsrin ən yaxşı kişi qrossmeysteri mükafatına layiq görüb.

Aut.az xəbər verir ki, 33 yaşlı norveçli şahmatçı FİDE-nin reytinq cədvəlinin lideridir. 2013-cü ildə klassik şahmat üzrə dünya çempionu olub və 4 dəfə bu titulu qoruyub. Karlsen ən uzun müddət dünya çempionu olub.

Macarıstanlı Judit Polqar əsrin ən yaxşı qadın şahmatçısı kimi tanınıb. O, 1989-2015-ci illərdə FİDE-nin həmcinsləri üzrə reytinq cədvəlində birinci olub. Macarıstanlı şahmatçı 2014-cü ildə karyerasını başa vurub.

Sentyabrın 19-da FİDE-nin 100 illik yubileyi münasibətilə təntənəli şam yeməyi keçirilib. Sözügedən mükafatlar Karlsen və Polqara həmin tədbirdə təqdim olunub.