Dünya futbolu

“İnter Mayami” xal itirdi, Messi isə…

Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-in müntəzəm mövsümündə növbəti matçını keçirib.

Aut.az xəbər verir ki, Florida təmsilçisi “Atlanta Yunayted” ilə qərarlaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

Messi 61-ci dəqiqədə əvəzetmədən oyuna daxil olub. Uzun müddətli zədədən sonra ikinci matçını keçirən argentinalı forvard görüşdə heç nə ilə yadda qalmayıb.

“İnter Mayami” Şərq konfransında 63 xalla birincidir. Komanda növbəti turda səfərdə “Nyu York Siti” ilə qarşılaşacaq.

Aut.az