Dünya futbolu

Braziliya baş məşqçini qovdu

49 yaşlı mütəxəssis Fernando Diniz Braziliya millisinin baş məşqçisi postundan qovulub.

Aut.az xəbər veririk, bu barədə “Globo” məlumat yayıb. Bildirilir ki, bu qərarı CBF (Braziliya Futbol Konfederasiyası) prezidenti Ednaldo Rodriges Federal Ali Məhkəmənin qərarı ilə vəzifəsinə qaytarıldıqdan bir gün sonra verib.

Konfederasiya “Fluminense”yə də rəhbərlik edən Dinize təşəkkür edib və milli komandanın yeni baş məşqçisinin təcili seçilməsinin vacibliyini vurğulayıb.

Aut.az