Basketbol

“Lənkəran” ABŞ-dan olan oyunçu ilə müqavilə bağlayıb

Azərbaycan Baketbol Liqasının debütantı “Lənkəran” yeni transferini reallaşdırıb.

Aut.az xəbər verir ki, cənub təmsilçisi heyətini ABŞ-dan olan oyunçu Qreqorq Miltonla gücləndirib.

190 sm boya malik Milton universal basketbolçu sayılır. O, həm müdafiəçi, həm hücumçu, həm də oyunqurucusu mövqeyində çıxış edə bilir.

24 yaşlı oyunçu karyerası ərzində Lüksemburqun “AB Contern” və Meksikanın “Frayles” klublarının formasını geyinib.