Almaniya

“Bavariya”dan etiraf: PSJ çox istəyir ki…

“Bavariya”nın və Almaniya yığmasının yarımmüdafiəçisi Coşua Kimmix karyerasını PSJ-də davam etdirə bilər.

Aut.az xəbər verir ki, Münhen klubunun idman direktoru Maks Eberl parislilərin 29 yaşlı futbolçuya olan marağından danışıb.

“PSJ Kimmixlə çox maraqlanır və Coşua artıq onlarla danışıb, buna futbolda icazə verilir. Amma biz onun və Camalın “Bavariya”nın siması olmasını istəyirik”, – Sport1 Eberldən sitat gətirib.

Kimmixin “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Ötən mövsüm o, bütün turnirlərdə 43 matçda 2 qol vurub, 10 məhsuldar ötürmə edib.

Aut.az